“Mançester Yunayted” və “Çelsi” futbol klubları Portuqaliya millisinin və “Benfika”nın mərkəz müdafiəçisi Tomas Arauxo ilə maraqlanırlar.
İdman.Biz “TEAMtalk”a istinadən xəbər verir ki, “Çelsi” və “Mançester Yunayted”in skautları Avropa Liqasının Liqa mərhələsinin ilk turunda 24 yaşlı futbolçunun “Milan”la matçdakı (0:2) çıxışını izləyiblər.
Araujo cari mövsümdə bütün turnirlərdə 12 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
Futbolçunun “Benfika” ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt”ın məlumatına görə, Arauxonun bazar dəyəri 35 milyon avrodur (70 milyon avro).
