“Liverpul”un keçmiş müdafiəçisi, hazırda futbol eksperti kimi fəaliyyət göstərən Ceymi Karrager “Mançester Siti”nin maliyyə qaydalarını pozduğuna görə ala biləcəyi ehtimal olunan cəza ilə bağlı zarafat edib.
İdman.Biz “The Touchline”yə istinadən xəbər verir ki,futbol eksperti açıqlamasında “Mançester Siti”nin sabiq futbolçuları ilə zarafatlaşıb.
“Daha heç kim mənə “sən heç vaxt liqanı qazanmamısan” deyə bilməz! Kevin De Bruyne də birini belə qazanmayıb!” - deyə Karrager bildirib.
Ceymi Karrager peşəkar futbolçu karyerasını 2013-cü ildə başa vurub. Mersisayd klubunun heyətində o, Çempionlar Liqasını, UEFA Kubokunu və daxili kubokları qazanıb.
"Mançester Siti"nin İngiltərə Premyer Liqasından xaric edilməsi də daxil olmaqla müxtəlif cəzalarla üzləşə biləcəyi gözlənilir.
