Azərbaycan millisi Lixtenşteynlə heç-heçə edib - YENİLƏNİB + VİDEO

1 Oktyabr 2026 21:53
818
Azərbaycan millisi Lixtenşteynlə heç-heçə edib

Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

İdman.Biz xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda Lixtenşteyn yığması ilə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda D Liqasının 2-ci qrupunun oyunu qolsuz heç-heçə ilə başa çatıb.

Azərbaycan millisi hazırda qrupda 2 xalla ikinci pillədə qərarlaşıb. Litva 3 xalla liderdir. 1 xalı olan Lixtenşteyn isə sonuncu sıradadır.

21:03

Azərbaycan - Lixtenşteyn oyununda ikinci hissə başlayıb.

İdman.Biz xəbər verir ki, ilk hissədən sonra hesab 0:0-dır.

20:48

Azərbaycan - Lixtenşteyn qarşılaşmasında birinci hissə başa çatıb.

İdman.Biz xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar - 0:0.

19:58

UEFA Millətlər Liqasının ikinci turunda Azərbaycan millisi Lixtenşteyni qəbul edir.

İdman.Biz xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

19:32

UEFA Millətlər Liqasının ikinci turunda bu gün keçiriləcək Azərbaycan - Lixtenşteyn matçının heyətləri açıqlanıb.

İdman.Biz xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 20:00-da start götürəcək oyuna aşağıdakı heyətlərlə çıxacaqlar:

Azərbaycan: 1 Emil Balayev, 19 Tellur Mütəllimov, 14 Elvin Bədəlov, 5 Anton Krivotsyuk, 7 Toral Bayramov, 6 Abdulla Xaybullayev, 8 Emin Mahmudov (k), 10 Mahir Emreli, 21 Rəhim Sadıxov, 17 Vüsal İsgəndərli, 9 Musa Qurbanlı.

Ehtiyat oyunçular: 12 Aydın Bayramov, 23 Rəvan Mirzəmmədov, 2 Edqar Adilxanov, 3 Rüfət Abbasov, 4 Rahil Məmmədov, 11 Ayxan Hüseynov, 13 Emil Səfərov, 15 Murad Xaçayev, 16 Rüfət Abdullazadə, 18 Cəlal Hüseynov, 20 Aleksey İsayev, 22 Anatoli Nuriyev.

Lixtenşteyn: 1 Büxel, 23 Hofer, 3 Qoppel, 4 Traber, 5 Vayssenhofer, 20 A.Hasler, 10 M. Büxel, 18 N. Hasler (k), 13 Kindle, 11 Lo Russo, 8 Sele.

Ehtiyat oyunçular: 12 Ospelt, 21 Lo Russo, 2 Bek, 6 Şlegel, 7 Lük-Notaro, 9 Pitsi, 14 Mayer, 15 Netzer, 16 Poytner, 17 Krants, 19 Zünd, 22 Allqoyer.

09:30

Azərbaycanın futbol üzrə milli komandası bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma D Liqasının ikinci qrupunda Lixtenşteyn seçməsini qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü avstriyalı baş hakim Kristian-Petru Çokirka idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi qrupda bir xalla ikinci pillədə qərarlaşıb. Litva üç xalla liderdir, Lixtenşteyn isə xalsız sonuncu yerdədir.

İdman.Biz