Tyerri Anri “Liverpul”un müdafiəçisi barədə: “O, futbola olduğu qədər təhsilinə də diqqət yetirirdi”

1 Oktyabr 2026 10:34
80
Tyerri Anri “Liverpul”un müdafiəçisi barədə: “O, futbola olduğu qədər təhsilinə də diqqət yetirirdi”

Fransanın və Londonun “Arsenal” klubunun əfsanəvi sabiq hücumçusu Tyerri Anri “Liverpul”un müdafiəçisi Jeremi Jaken barədə danışıb.

İdman.Biz xəbər verir ki, Anri futbolçunu Fransanın U-21 millisində çalışdığı dövrdən tanıdığını bildirib.

O, həmin vaxt 16-17 yaşında olan Jakeni U-21 yığmasına dəvət etmək istədiyini, lakin futbolçunun məktəb imtahanları səbəbindən komandaya qoşulmadığını söyləyib:

“U-21 millisinin baş məşqçisi olduğum vaxt Jakeni yığmaya çağırmaq istəyirdim. Onun cəmi 16-17 yaşı var idi. Lakin imtahan verməli olduğu üçün komandaya gəlmədi.

O, futbola nə qədər fokuslanırdısa, təhsilinə və diplom almağa da bir o qədər diqqət yetirirdi. Onun düşüncələri çox aydındır. Ailəsi də nələr etməli olduğunu və uğur qazanmaq üçün hansı addımları atmalı olduğunu bilir”.

Anri Jakeni yeniyetmə yaşlarından yüksək potensiala malik futbolçu kimi gördüyünü də vurğulayıb. O, müdafiəçinin hazırda “Liverpul”da Vircil van Deyklə birgə oynamasının da inkişafına kömək etdiyini deyib.

Qeyd edək ki, Jeremi Jaken bu yay “Renn”dən “Liverpul”a transfer olunub və İngiltərə klubunda Vircil van Deyklə birlikdə müdafiənin mərkəzində çıxış edir. O, həmçinin Fransa millisində debüt edib.

İdman.Biz