“Mançester Siti”yə veriləcək cəza növbəti mövsümə qədər təxirə salına bilər

18 Noyabr 2026 16:08
98
“Mançester Siti”yə veriləcək cəza növbəti mövsümə qədər təxirə salına bilər

İngiltərənin “Mançester Siti” klubunun Premyer Liqanın maliyyə qaydalarını pozmasına görə cəzalandırılması yalnız 2027/28 mövsümündə mümkün ola bilər.

İdman.Biz xəbər verir ki, futbol maliyyəsi üzrə ekspert Stefan Borsonun sözlərinə görə, klubun apellyasiya şikayətinə dekabrda baxılması planlaşdırılır. Lakin qərarın açıqlanması üçün ən azı daha 30-45 gün tələb oluna bilər.

Apellyasiya şikayəti təmin edilməsə, cəzanın müəyyənləşdirilməsi üçün ayrıca dinləmə keçiriləcək. Bundan başqa, Borson klubun veriləcək cəzaya da böyük ehtimalla etiraz edəcəyini düşünür.

“Mançester Siti” dekabrda apellyasiya şikayətini uduzsa belə, qarşıda ən azı daha iki dinləmə olacaq”, – deyə ekspert qeyd edib.

Sentyabrın 29-da müstəqil komissiya “Mançester Siti”ni Premyer Liqanın maliyyə qaydalarını doqquz mövsüm ərzində pozmaqda təqsirli bilib. Liqanın məlumatına görə, klub gəlirlərini süni şəkildə artırıb, xərclərini isə ümumilikdə 900 milyon funt sterlinqdən çox az göstərib.

Mümkün cəzalar arasında pul cəriməsi və turnir cədvəlində xalların silinməsi var. Klub isə təqsirini qəbul etmir və komissiyanın qərarına etiraz etmək niyyətindədir.

İdman.Biz