Türkiyənin “Bursaspor” komandasında çıxış edən Azərbaycan millisinin futbolçusu Toral Bayramov bir neçə klubdan təklif alıb.
Bu barədə Türkiyə klubundan AZƏRTAC-a məlumat verilib.
Bildirilib ki, 25 yaşlı müdafiəçiyə Azərbaycan və başqa ölkələrdən rəsmi təkliflər gəlib.
Lakin Birinci Liqa təmsilçisi Bayramovu asanlıqla buraxmaq istəmir. Klub ondan daha yaxşı çıxış gözləyir.
Qeyd edək ki, “Bursaspor”a ötən yay “Qarabağ”dan keçən Toral Bayramov Birinci Liqa təmsilçisi ilə 2029-cu ilin iyun ayınadək müqavilə imzalayıb.
