Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

1 Oktyabr 2026 09:16
88
Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

Kriştianu Ronaldunun bacısı Elma Aveyru futbolçunun Portuqaliya millisinin düşərgəsini vaxtından əvvəl tərk etməsinə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, Aveyru sosial şəbəkə hesabında Ronaldunun milli komandadakı vəziyyətinə, yığmanın fəaliyyətinə və Portuqaliya mediasına qarşı sərt tənqidlərlə dolu paylaşımı yayımlayıb.

“Kriştianu daha çox hörmətə layiq idi. Millət daha yaxşı təşkilatlanmaya layiq idi. Portuqaliya jurnalistikası daha çox peşəkarlığa və daha az spekulyasiyaya layiq idi.

Portuqaliyalılara gəldikdə isə... Onlar hər şeydə ən yaxşısına sahib olmağa layiq deyillər. Biz paxıl, hörmətsiz və cahilik. Biz Ronaldudan əvvəl futbolumuzda həmişə mövcud olmuş o sıravi orta səviyyəyə qayıtmağa layiqik.

Hər şey üçün təşəkkür edirəm, CR7. Sən daha çoxuna layiq idin!” – deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, Ronaldu sentyabrın 30-da baş məşqçi Jorje Jezusun mətbuat konfransından sonra Kopenhagendə Portuqaliya millisinin düşərgəsini tərk edib.

Daha sonra 41 yaşlı futbolçu açıqlama yayaraq bu qərarı Portuqaliya Futbol Federasiyasının prezidenti Pedru Proensa ilə söhbətdən sonra verdiyini bildirib. Ronaldu həmçinin milli komandadan ayrılmasının səbəbləri barədə vaxtı gələndə “bütün həqiqəti” danışacağını söyləyib.

İdman.Biz