“Barselona” “Sportinq”in müdafiəçisinə yenidən göz dikdi

1 Oktyabr 2026 08:17
75
“Barselona” “Sportinq”in müdafiəçisinə yenidən göz dikdi

“Barselona” futbol klubu “Sportinq”in sağ cinah müdafiəçisi İvan Fresnedaya marağını yenidən artırıb.

İdman.Biz “Sport” nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı ispaniyalı futbolçu kataloniyalıların potensial transfer hədəfləri sırasında yer alıb.

“Barselona” Fresnedanı hələ 2023-cü ilin yayında, o, “Valyadolid”də çıxış etdiyi vaxtdan izləyib. Lakin müdafiəçi həmin dövrdə “Sportinq”ə transfer olunub.

Fresneda yaxın günlərdə zədələnən Pedro Porronu əvəzləmək üçün ilk dəfə İspaniya millisinə dəvət alıb. Buna baxmayaraq, futbolçu hələ milli komandada debüt etməyib.

Madrid “Real”ının akademiyasının yetirməsi olan Fresnedanın hazırkı bazar dəyəri 20 milyon avro (40 milyon manat) qiymətləndirilir.

İdman.Biz