Madridin “Real” klubunun futbolçusu Arda Güler sentyabr ayının yekunlarına əsasən komandanın ən yaxşı oyunçusu seçilib.
İdman.Biz xəbər verir ki, 21 yaşlı futbolçu mövsümün əvvəlində “Kral klubu”nun oyununa ən çox təsir edən oyunçulardan biri olub və qol imkanlarının yaradılmasında yüksək göstəriciləri ilə seçilib.
Mövsümün əvvəlində güclü rəqabət səbəbindən Gülerın start heyətindəki yeri sual altında idi. Lakin türkiyəli yarımmüdafiəçi əsas heyətdə möhkəmlənərək Cud Bellingemlə effektli oyunlar qurub.
Hazırda Güler Türkiyə millisinin düşərgəsindədir. Türkiyə sentyabrda Fransa və İtaliyaya məğlub olub. Komanda bu ayın əvvəlində Millətlər Liqasında Belçika və İtaliya ilə növbəti oyunlarını keçirəcək.
