“Bayer” xal itirib, “Bavariya” fərqi ikiyə endirib

Xəbərlər
27 Yanvar 2024 23:34
166
“Bayer” xal itirib, “Bavariya” fərqi ikiyə endirib

Almaniya Bundesliqasının 19-cu turu liderin xal itkisi ilə yadda qalıb.

İdman.biz xəbər verir ki, “Bayer” öz meydanında “Borussiya”nın (Münhenqladbax) müqavimətini qıra bilməyib.
90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Xabi Alonsonun yetirmələri 4 oyundan sonra Bundesliqada xal itiriblər. 19 oyundan sonra Leverkuzen klubu 15 qələbə, 4 heç-heçə ilə liderlik mövqeyini qoruyub.

“Bayer”in ən yaxın izləyicisi “Bavariya” səfərdə “Auqsburq”a qalib gəlib. 3:2 hesabı ilə uğur qazanan “pivəçilər” liderlə xal fərqini ikiyə endiriblər.

Almaniya Bundesliqası
19-cu tur

Auqsburq – Bavariya – 2:3
Hoffenhaym – Haydenhaym – 1:1
Ştutqart – Leypsiq – 5:2
Verder – Frayburq – 3:1
Volfsburq – Köln – 1:1
Bayer – Borussiya M – 0:0

İdman.biz