“Qarabağ”ın sabiq futbolçusu “Turan Tovuz”a keçməyib

14 Sentyabr 2026 17:19
68
“Qarabağ”ın sabiq futbolçusu “Turan Tovuz”a keçməyib

“Turan Tovuz”un “Qarabağ”ın sabiq futbolçusu Yassin Benzia ilə maraqlanmasının detalları məlum olub.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, Qərb təmsilçisi 32 yaşlı yarımmüdafiəçinin nümayəndələri ilə əlaqə saxlayıb.

Lakin əlcəzairli futbolçu Tovuz klubunda çıxış etmək istəmədiyini bildirib. Tərəflər maaş məsələsində razılığa gələ bilməyiblər.

Benzia transferində uğursuz olan qərb təmsilçisi məcburiyyətdən “Sumqayıt”dan Aleksa Yankoviçlə anlaşa bilib.

Xatırladaq ki, Yassin Benzia 2023-2025-ci illərdə “Qarabağ”da çıxış edib.

İdman.Biz