“Real Madrid” yeni qapıçı tapdı

14 Sentyabr 2026 15:32
96
“Real Madrid” yeni qapıçı tapdı

İspaniyanın “Real Madrid” futbol klubu Dortmund “Borussiya”sının isveçrəli qapıçı Qreqor Kobeli transfer etmək istəyir.

İdman.Biz xəbər verir ki, insayder Ekrem Konurun yaydığı məlumatına görə, Madridin “Real” klubu 28 yaşlı qapıçının çıxışını yaxından izləyir.

Tərəflərin yaxın günlərdə transferin şərtlərinə dair danışıqlara başlayacağı bildirirlir.

“Borussiya” (Dortmund) ilə müqaviləsi davam edən Kobelin transfer qiyməti təxminən 40 milyon avro dəyərində qiymətləndirilir.

İdman.Biz
Məqalədə: