“Vest Hem” klubunun əfsanəvi futbolçusu vəfat edib - FOTO

14 Sentyabr 2026 16:33
62
“Vest Hem” klubunun əfsanəvi futbolçusu vəfat edib - FOTO

İngiltərənin “Vest Hem” futbol klubunun sabiq qapıçısı Lyudek Mikloşko 65 yaşında vəfat edib.

İdman.Biz xəbər verir ki, əfsanəvi qapıçının ölümünü London klubunun mətbuat xidməti açıqlayıb.

Mikloşkoya xərçəng diaqnozu qoyulmuşdu. Lakin o, işləməyə və futbolda qalmağa davam etmək istədiyi üçün kimyaterapiyadan imtina etmişdi. Keçmiş futbolçunun ürəyi sentyabrın 14-də dayanıb.

“Klub böyük və ifadəolunmaz kədərlə əfsanəvi sabiq qapıçımız və məşqçimiz Lyudek Mikloşkonun vəfat etdiyini bildirir.

Ruhun şad olsun, Lyudek. Sən bizim sevimli və ilhamverici qapıçımız, eyni zamanda xeyirxah qəlbli əsl nəhəngimiz idin”, – deyə klubun açıqlamasında bildirilib.

İdman.Biz
Məqalədə: