PSJ futbolçu Aşraf Hakiminin zədəsi ilə bağlı məlumat yayıb.
İdman.Biz xəbər verir ki, mərakeşli futbolçu Fransa Liqa 1-in dördüncü turunda “Brest”lə matçda zədələnib. Hakimi qarşılaşmanın 39-cu dəqiqəsində əvəzlənib.
PSJ-nin açıqlamasında bildirilib ki, futbolçu sağ bud nahiyəsindən zədə alıb və növbəti iki gün ərzində tibb heyətinin nəzarəti altında olacaq. Bu müddətdən sonra onun yeni tibbi müayinədən keçiriləcəyi qeyd olunub.
Hakimi cari mövsümdə 7 matçda meydana çıxıb və məhsuldar ötürmə ilə yadda qalmayıb.
Qeyd edək ki, PSJ “Brest”i 1:0 hesabı ilə məğlub edib. Paris klubu dörd turdan sonra 5 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
