“Real”ın və Fransa millisinin futbolçusu Kilian Mbappe komandanın baş məşqçisi Joze Mourinyo ilə çalışmaq barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, fransalı futbolçu RFI.fr podkastına açıqlamasında portuqaliyalı mütəxəssisin böyük lider olduğunu bildirib.
Mbappe Mourinyonun hər zaman onda maraq doğurduğunu qeyd edib:
“Əlbəttə. O, baş məşqçi kimi görmək istədiyim insandır. O, həmişə məndə maraq oyadıb. Nə etməli olduğunu çox yaxşı bilən son dərəcə ağıllı insandır. O, liderdir və məşqçi kimi müasir futbol erasının ən yaxşılarından biridir. Belə miqyaslı insanlarla hər gün işləmək və öyrənmək həmişə xoşdur”.
Mbappe “Real”da vəziyyətin necə olduğunu soruşduqda isə qısa cavab verib:
“Bəli, hər şey yaxşıdır. Həyatda bundan daha pis şeylər də olur”, - deyə hücumçu gülərək bildirib.
