“Arsenal”ın hücumçusu üçün yeni ünvanlar bəlli oldu

22 Sentyabr 2026 19:23
26
“Arsenal”ın hücumçusu üçün yeni ünvanlar bəlli oldu

“Arsenal”ın futbolçusu Noni Madueke qış transfer pəncərəsində komandanı tərk edə bilər.

İdman.biz “Caught Offside”yə istinadən xəbər verir ki, Madrid “Atletiko”su və “Yuventus” 24 yaşlı vingeri satınalma şərti ilə icarəyə götürmək variantını nəzərdən keçirir.

Maduekenin “Arsenal”da kifayət qədər oyun vaxtı qazana bilməməsi onun qışda ayrılma ehtimalını artırır. Bununla belə, hazırda “Atletiko” və “Yuventus”un ingiltərəli futbolçu ilə bağlı konkret danışıqlar apardığı bildirilmir.

Madueke cari mövsümdə bütün turnirlərdə 5 matçda iştirak edib və 1 qol vurub.

Futbolçunun “Arsenal”la müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” onun bazar dəyərini 50 milyon avro (100 milyon manat) qiymətləndirir.

İdman.Biz