Almaniyanın “Bavariya” klubunun fəxri prezidenti Uli Höness komandanın futbolçusu Camal Musialanın əvvəlki oyun səviyyəsinə qayıdacağına əmin deyil.
İdman.Biz xəbər verir ki, o, bu barədə "BR24" telekanalının “Sonntags-Stammtisch” verilişində danışıb.
Höness bildirib ki, 23 yaşlı futbolçunun xəstəliyini tam müalicə etmək mümkün deyil. Onun sözlərinə görə, vəziyyəti yalnız dərman vasitəsilə müəyyən qədər nəzarətdə saxlamaq olar.
“Biz çətin vəziyyətdəyik. Onun elə bir xəstəliyi var ki, bunu sadəcə müalicə etmək mümkün deyil. Yalnız dərmanların köməyi ilə müəyyən qədər nəzarətdə saxlamaq olar. Onun nə vaxtsa əvvəlki oyun səviyyəsinə qayıda biləcəyi isə məlum deyil”, - deyə Höness vurğulayıb.
Qeyd edək ki, Camal Musiala avqust ayında yoxlama oyunlarında iki dəfə huşunu itirib. Futbolçu daha sonra nevroloji problemlər yaşadığını açıqlayıb. Həkimlər onun idman karyerasını davam etdirməsinə maneə olmadığını bildirsələr də, sağlamlıq vəziyyəti ilə bağlı qeyri-müəyyənlik qalır.
