İngiltərə çempionu “Arsenal” futbol klubu komandanın baş məşqçisi Mikel Arteta ilə yeni müqavilə imzalayacaq.
İdman.biz BBC Sport-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin London klubu ilə hazırkı sözləşməsinin müddəti mövsümün sonunda başa çatır. Tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar bir neçə aydır davam edir.
Artetanın “Arsenal”la yekun razılığa gəldiyi bildirilir. Yeni müqavilənin müddəti hələ açıqlanmayıb. Lakin anlaşmanın 2019-cu ilin dekabrından komandaya rəhbərlik edən mütəxəssisin klubdakı fəaliyyətini ən azı 10-cu ilə qədər davam etdirməsinə imkan verəcəyi gözlənilir.
View this post on Instagram
