“Çelsi” və “Arsenal” futbol klubları “Feyenoord”un mərkəz yarımmüdafiəçisi Givay Zexielə maraq göstərir.
İdman.biz “Caught Offside”yə istinadən xəbər verir ki, London klubları 22 yaşlı futbolçunun çıxışını yanvar transfer pəncərəsi öncəsi yaxından izləyir. Ötən yay “Lill” Zexiel üçün “Feyenoord”a 17 milyon avro (34 milyon manat) təklif etsə də, Niderland klubu bu təklifi qəbul etməyib.
“Feyenoord”un yarımmüdafiəçini 30 milyon avroya (60 milyon manat) satmağa hazır olduğu bildirilir.
Zexiel cari mövsümdə bütün turnirlərdə 8 oyuna çıxıb. O, bu matçlarda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.
Futbolçunun “Feyenoord”la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” onun bazar dəyərini 10 milyon avro (20 milyon manat) qiymətləndirir.
