“Barselona”nın baş məşqçi postuna iki namizəd müəyyənləşib

Xəbərlər
26 Yanvar 2024 13:23
8 213
“Barselona”nın baş məşqçi postuna iki namizəd müəyyənləşib

“Barselona”nın baş məşqçi postuna əsas namizədlər bəlli olub.

İdman.biz xəbər verir ki, Xavini istefaya göndərmək niyyətində olan İspaniya klubunun rəhbərliyi Tyaqo Mottanı bu vəzifəyə gətirməyi planlaşdırır.

La Liqa təmsilçisinin prezidenti Joan Laporta mütəxəssisi komandanın “sükanı arxası”nda görmək istəyir. Hazırda İtaliya A seriyasında “Bolonya”ya rəhbərlik edən Motta yalnız mövsümlərarası dövrdə “Barselona”nın baş məşqçisi təyin edilə bilər. Bunun üçün Xavi mövsümü başa çatdırmalıdır.

Klub rəhbərliyi baş məşqçini vəzifəsindən daha tez azad etmək variantını da nəzərdən keçirir. İstefa tez baş versə, Xavini Rafael Markes əvəzləyəcək.

Qeyd edək ki, Motta 2022-ci ilin sentyabrından “Bolonya”ya rəhbərlik edir. Markes isə 2022-ci ilin iyulundan “Barselona B”nin baş məşqçisidir.

İdman.biz

Məqalədə: