UEFA Avropa və Konfrans Liqasının 2028 və 2029-cu il final stadionları açıqlandı

15 Sentyabr 2026 17:56
62
UEFA Avropa və Konfrans Liqasının 2028 və 2029-cu il final stadionları açıqlandı

Futbol üzrə UEFA Avropa Liqası və Konfrans Liqasının 2028 və 2029-cu il finallarının keçiriləcəyi stadionları müəyyənləşdirib.

İdman.Biz xəbər verir ki, Avropa Liqasının 2028-ci il finalı Rumıniyanın paytaxtı Buxarestdəki “Milli Arena”da baş tutacaq. 2029-cu ilin həlledici qarşılaşması isə Belqraddakı “Serbiya Milli Stadionu”nda keçiriləcək.

Konfrans Liqasının 2028-ci il finalına Turindəki “Yuventus Stadium”, 2029-cu il finalına isə Budapeştdəki “Puşkaş Arena” ev sahibliyi edəcək.

2027-ci il futzal üzrə UEFA Çempionlar Liqsının finalı isə İsveçrənin Bil/Bienne şəhərindəki eyni adlı arenada keçiriləcək.

İdman.Biz