“PSJ”nin baş məşqçisi Luis Enrike komandasının futbolçusu İlya Zabarnının ünvanına səslənən tənqidlərə münasibət bildirib.
İdman.Biz RMC Sport-a istinadən xəbər verir ki, Enrike tənqidləri normal qarşıladığını deyib.
“Bu, normaldır. Əgər xatırlayırsınızsa, bu, normaldır. “PSJ”də həmişə tənqid olur. Hətta 6:1 hesabı ilə qalib gəlsəniz belə, tənqid yenə də qalır. Səs-küyün olması çox yaxşıdır, bu, böyük klub üçün oynadığımızı göstərir. Mən Barkola, Dembele, Doue və ya Luis Enrikeyə ünvanlanan tənqidləri xatırlayıram. Bu, normaldır. Düşünürəm ki, hər şey belə formalaşıb. Dünyanın ən yaxşı klublarından birində olduğumuzu qiymətləndirməliyik. Komandamdan çox razıyam”, - deyə Enrike bildirib.
Qeyd edək ki, futbolçu Çempionlar Liqasının ümumi mərhələsinin birinci turunda “Slovan”la keçirilən oyundan (6:1) sonra bir sıra Fransa KİV-ləri tərəfindən tənqid olunub.
