“Yuventus” Kalulu və Konseysao ilə bağlı qərarını verdi

8 Sentyabr 2026 21:57
90
“Yuventus” Kalulu və Konseysao ilə bağlı qərarını verdi

İtaliyanın “Yuventus” futbol klubu Pyer Kalulu və Fransisko Konseysaonun müqavilələrinin yenilənməsini əsas öncəliklərdən biri kimi müəyyənləşdirib.

İdman.Biz xəbər verir ki, Luçano Spallettinin rəhbərlik etdiyi Turin təmsilçisi yay transfer dönəmində heyətini gücləndirdikdən sonra əsas futbolçularını komandada saxlamağa çalışır. Klub rəhbərliyi Kalulu və Konseysaoya digər klublardan marağın artmasından əvvəl onların gələcəyi ilə bağlı məsələləri həll etmək niyyətindədir.

“Yuventus” yay transfer dönəmində Kolo Muani və Nik Voltemadeni heyətinə qatıb. Bundan başqa, Ceff Ekhator, Kerim Alaybegoviç və Pape Matar Sarr kimi gənc futbolçular da komandaya cəlb olunub.

Kalulunun Turin klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Fransalı müdafiəçi ötən mövsüm A Seriyasında 28 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun çıxışı Premyer Liqa klublarının, həmçinin PSJ-nin marağına səbəb olub. Lakin tərəflər arasında razılıq əldə olunmayıb və futbolçu karyerasını “Yuventus”da davam etdirmək qərarına gəlib.

Konseysao da klubun gələcək planlarında mühüm yer tutur. 22 yaşlı portuqaliyalı ötən mövsüm A Seriyasında 26 matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Konseysaonun “Yuventus”la müqaviləsi 2030-cu ilin iyununa qədərdir. Buna baxmayaraq, Turin klubu onun sözləşməsini daha uzun müddətə uzatmaq imkanını nəzərdən keçirir.

İdman.Biz