“Everton” Barrinin dublu sayəsində “Koventri” üzərində əzmkar qələbə qazandı - VİDEO

7 Noyabr 2026 02:07
58
“Everton” Barrinin dublu sayəsində “Koventri” üzərində əzmkar qələbə qazandı - VİDEO

İngiltərə Premyer Liqasının 10-cu turunda “Everton” doğma meydanda “Koventri”ni 3:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, ilk hissəsi qolsuz başa çatan qarşılaşmada hesabı qonaqlar açıblar. 52-ci dəqiqədə Yann Qbou fərqlənərək “Koventri”ni önə keçirib.

Lakin meydan sahibləri qısa müddətdə oyunun gedişini dəyişiblər. 56-cı dəqiqədə Tierno Barri hesabı bərabərləşdirib. Fransalı hücumçu 61-ci dəqiqədə yenidən fərqlənərək dublunu rəsmiləşdirib və komandasını önə çıxarıb.

81-ci dəqiqədə Kirnan Dyusberi-Holl üçüncü qolu vuraraq matçın yekun nəticəsini müəyyənləşdirib.

Bu nəticədən sonra xalların sayını 16-ya çatdıran "Everton" turnir cədvəlində beşinci pilləyə yüksəlib. “Koventri” isə doqquz xalla 16-cı pillədə qərarlaşıb.

İdman.Biz