Fransa Liqa 1-də “Tuluza” doğma meydanda “Strasburq”u 3:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, qarşılaşmada hesab ilk hissəyə əlavə olunmuş vaxtda açılıb. 45+1-ci dəqiqədə Santyaqo İdalqo meydan sahiblərini önə keçirib.
Fasilədən sonra “Tuluza” üstünlüyünü artırıb. 56-cı dəqiqədə Mark Makkenzi fərqi iki topa çatdırıb.
“Strasburq” 68-ci dəqiqədə Covanni Reynanın qolu ilə hesab arasındakı fərqi azaltsa da, meydan sahibləri qələbəni əldən verməyiblər.
76-cı dəqiqədə Tomas Yorgensen üçüncü qolu vuraraq matçın yekun nəticəsini müəyyənləşdirib - 3:1.
Bu qələbə ilə xalların sayını 13-ə çatdıran "Tuluza" turnir cədvəlində 10-cu pilləyə yüksəlib. 10 xalı olan "Strasburq" isə 13-cu pillədə qərarlaşıb.
