“Venesiya” “Udineze”ni məğlub edərək üç xalı qazandı

7 Noyabr 2026 01:55
60
“Venesiya” “Udineze”ni məğlub edərək üç xalı qazandı

İtaliya A Seriyasının 11-ci turunda “Venesiya” doğma meydanda “Udineze”ni 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, ilk hissəsi qolsuz başa çatan qarşılaşmada bütün qollar fasilədən sonra vurulub.

54-cü dəqiqədə Toma Basiç meydan sahiblərini hesabda önə çıxarıb. Cəmi üç dəqiqə sonra “Venesiya”nın müdafiəçisi Matias Moreno avtoqol müəllifi olub və hesab bərabərləşib.

Lakin meydan sahibləri üstünlüyü yenidən ələ keçiriblər. 65-ci dəqiqədə Kike Peres fərqlənərək komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra xalların sayını altıya çatdıran meydan sahibləri sonuncu pillədən qurtulublar. Əvəzində beş xalı olan "Udineze" sonuncu pilləyə düşüb.

İdman.Biz