Almaniya Bundesliqasının doqquzuncu turunda “Hamburq” doğma meydanda Mönhenqladbax “Borussiya”sını məğlub edib.
İdman.Biz xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 11-ci dəqiqədə Miro Muheym açıb. Qonaqlar 44-cü dəqiqədə Cozef Skallinin qolu ilə tarazlığı bərpa ediblər.
İkinci hissənin əvvəlində “Borussiya” azlıqda qalıb. Ko İtakura 49-cu dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
Say üstünlüyündən yararlanan “Hamburq” 60-cı dəqiqədə Şafik Nancın qolu ilə yenidən önə keçib. 70-ci dəqiqədə isə Albert Qrenbek fərqi artıraraq yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra xalların sayını 12-yə çatdıran meydan sahibləri turnir cədvəlində doqquzuncu pilləyə yüksəliblər. “Borussiya” isə dörd xalla sonuncu pillədədir.
