Uğursuzlar - “Barselona”, “Arsenal”, “Mançester Yunayted”

Xəbərlər
24 Yanvar 2024 17:59
594
Uğursuzlar - “Barselona”, “Arsenal”, “Mançester Yunayted”

Öz akademiyasının yetirməsi olmayan futbolçuların alqı-satqısından ən çox qazanan və ziyana düşən klubların siyahısı bəlli olub.

İdman.biz xəbər verir ki, CİES-in açıqladığı cədvəldə 2014-23-cü illərin transferləri nəzərə alınıb.

Fransa “Lill”in bu müddətdə öz yetirməsi olmayan oyunçular hesabına 386 milyon avro qazanıb. Seleksiya işi ilə ad çıxaran “Ayaks”, “Zalsburq”, “Monako” və “Leypsiq”də “Top-5”ə düşüb.

1. “Lill” – 386 milyon avro
2. “Ayaks” - 317 milyon avro
3. “Zalsburq” - 233 milyon avro
4. “Monako” - 218 milyon avro
5. “Leypsiq” - 216 milyon avro

Ən uğursuz seleksiya işi “Barselona”dadır. İspaniyalılar alqı-satqıdan 681 milyoin avro itirib. Digər Avropa nəhəngləri “Çelsi”, “Arsenal”, PSJ və “Mançester Yunayted” də ön sıralardadır.

1. “Barselona” - 681 milyon avro
2. “Çelsi” - 483 milyon avro
3. “Arsenal” - 436 milyon avro
4. PSJ - 410 milyon avro
5. “Mançester Yunayted” - 328 milyon avro

İdman.biz