İngiltərənin “Mançester Yunayted” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
İdman.Biz xəbər verir ki, İngiltərə klubu “Brayton”dan Karlos Balebanın transferini rəsmən açıqlayıb. 22 yaşlı yarımmüdafiəçi ilə 2031-ci ilin iyununa qədər müqavilə imzalanıb. Sözləşmənin daha bir il uzadılması üçün opsiya da nəzərdə tutulub.
Transferin maliyyə detalları klublar tərəfindən açıqlanmayıb. “Reuters”in məlumatına görə, “Mançester Yunayted” Baleba üçün ilkin olaraq 60 milyon funt sterlinq ödəyəcək, müqavilədə əlavə bonuslar da nəzərdə tutulub.
Kamerun millisinin üzvü 2023-cü ilin yayından “Brayton”da çıxış edirdi. O, İngiltərə klubunun heyətində üç mövsüm ərzində ümumilikdə 112 oyuna çıxıb.
Baleba “Mançester Yunayted”ə keçidini karyerasında mühüm addım adlandırıb və “Old Trafford”da oynamağın onun üçün arzu olduğunu bildirib.
