“Tvente” “Qarabağ”la oyun üçün Bakıya yola düşüb - FOTO

25 Avqust 2026 18:35
94
“Tvente” “Qarabağ”la oyun üçün Bakıya yola düşüb - FOTO

Niderlandın “Tvente” futbol klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la cavab oyunu üçün Bakıya yola düşüb.

İdman.Biz xəbər verir ki, Con van den Bromun rəhbərlik etdiyi kollektiv avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda son məşqini keçirəcək. Məşqdən əvvəl komandanın mətbuat konfransı təşkil olunacaq.

“Qarabağ” – “Tvente” cavab oyunu avqustun 27-də keçiriləcək. İlk görüşdə Azərbaycan çempionu səfərdə 1:0 hesabı ilə qalib gəlib.

İdman.Biz