“Tvente” “Qarabağ”la oyun üçün Bakıya üç futbolçusuz gəlir

25 Avqust 2026 19:05
98
“Tvente” “Qarabağ”la oyun üçün Bakıya üç futbolçusuz gəlir

Niderlandın “Tvente” futbol klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la cavab oyunu üçün Bakıya itkilərlə gələcək

İdman.Biz xəbər verir ki, hər üç oyunçu fiziki problemlər səbəbindən “Tvente”nin Bakı səfəri üçün heyətinə daxil edilməyib.

Con van den Bromun rəhbərlik etdiyi komanda avqustun 25-də saat 14:30-da Münster/Osnabrück hava limanından Bakıya yola düşəcək. “Tvente” avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda son məşqini keçirəcək. Bundan əvvəl komandanın mətbuat konfransı təşkil olunacaq.

“Qarabağ” – “Tvente” cavab qarşılaşması avqustun 27-də keçiriləcək. İlk görüşdə Ağdam təmsilçisi səfərdə 1:0 hesabı ilə qalib gəlib. İki oyunun yekununda üstün olan komanda Konfrans Liqasının Liqa mərhələsinə vəsiqə qazanacaq.

“Tvente”nin Bakı səfəri üçün heyətində bu futbolçular yer alıblar: Unnerstall, Drommel, Pasveer, Pröpper, Kjølø, Zerrouki, Pjaca, Weghorst, Rots, Peixoto, Thorvaldsen, Taha, Van den Belt, Kurowski, Vennegoor of Hesselink, Nagel, Ørjasæter, Van Rooij, Adelaard, Bruns, Weidmann, Nijstad və Meilink.

İdman.Biz