İngiltərənin “Tottenhem” klubu yay transfer pəncərəsində heyətini daha bir bahalı futbolçu ilə gücləndirib.
İdman.Biz xəbər verir ki, London təmsilçisi “Mançester Siti”də çıxış edən Sávionun transferini rəsmən açıqlayıb.
22 yaşlı braziliyalı üçün ilkin olaraq 75 milyon funt ödəniləcək. Bonuslarla birlikdə məbləğ 85 milyon funta (165 milyon AZN) çata bilər.
Futbolçu yeni klubunda indiyədək istifadə etdiyi Savinyo əvəzinə Savio adı ilə çıxış edəcəyini bildirib.
“Tottenhem”in baş məşqçisi Roberto De Zerbi yeni transferin sürəti, yaradıcılığı və cinahlarda rəqiblə təkbətək mübarizə bacarığını xüsusi qeyd edib.
