İspaniyanın “Barselona” futbol komandasının müdafiəçisi Alexandro Baldenin komandadakı gələcəyi qeyri-müəyyən olaraq qalır.
İdman.Biz xəbər verir ki, AS nəşrinin jurnalisti Xavyer Migelin məlumatına görə, klub futbolçunun agenti Jorje Mendeşə mövqeyini çatdırıb. “Barselona” təxminən 30 milyon avro (59,4 milyon manat) məbləğində qənaətbəxş təklif daxil olacağı halda Baldenin satışına razılıq verəcək.
22 yaşlı sol cinah müdafiəçisi özü komandada qalmaq və əsas heyətdəki yerini geri qaytarmaq istəyir. Lakin baş məşqçi Hansi Flik onun hazırkı durumundan razı deyil. Almaniyalı mütəxəssis Baldeni “Elçe” ilə La Liqanın ilk turunun heyətinə daxil etməmişdi.
AS-ın məlumatına görə, “Barselona” icarə variantını nəzərdən keçirmək istəmir və yalnız futbolçunun birdəfəlik satışına razıdır. Balde ilə İngiltərənin “Mançester Yunayted” futbol klubunun maraqlandığı bildirilir.
