Mane jurnalistləri tənqid edib

Xəbərlər
22 Yanvar 2024 11:29
548
Mane jurnalistləri tənqid edib

“Siz jurnalistlər üçün futbolçu Avropada oynamırsa, o, artıq əhəmiyyət kəsb etmir”.

İdman.biz xəbər verir ki, bunu Seneqal millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Sadio Mane mətbuatın ona daha az diqqət yetirməsinə dair iddiaları cavablandırarkən deyib.

31 yaşlı futbolçu bildirib ki, o, əgər Avropada oynamırsa, deməli, “ofsayd”dadır: “Bir futbolçu kimi artıq sizin qarşınızda deyiləm”.

Manenin sözlərinə görə, Səudiyyə Ərəbistanı çempionatı çox yaxşıdır və dünya miqyasında izlənilir: “Futbol üçün hər şey etməkdən həzz alıram. Mənə önəmli budur. Qalanının heç bir əhəmiyyəti yoxdur”.

İdman.biz

Məqalədə: