“Köln” və “Verder” komandalarının qarşılaşması 1:1 hesablı heç-heçə ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, matçın 8-ci dəqiqəsində T. Dallinqa penaltidən hesabı açıb. Birinci hissə meydan sahiblərinin 1:0 hesablı üstünlüyü ilə başa çatıb.
Fasilədən sonra 69-cu dəqiqədə N. Fullkruq tarazlığı bərpa edib. Qarşılaşmanın qalan dəqiqələrində hesab dəyişməyib və komandalar hərəyə 1 xal qazanıblar.
Bu nəticədən sonra “Köln” 4 xalla turnir cədvəlində 11-ci, “Verder” isə 4 xalla 9-cu pillədə qərarlaşıb.
19:55
Bundesliqanın üçüncü turunda “Frayburq” doğma meydanda “Borussiya Mönhenqladbax”ı qəbul edib.
İdman.Biz xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
“Frayburq”un heyətində Yannik Engelhardt 27 və 79-cu dəqiqələrdə, İqor Matanoviç 29 və 77-ci dəqiqələrdə, Maksimilian Eqeşteyn isə 86-cı dəqiqədə fərqlənib.
Bu qələbədən sonra xallarını 9-a çatdıran “Frayburq” turnir cədvəlinə başçılıq edir. “Borussiya Mönhenqladbax” isə 0 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb.
Parallel matçda Dortmund "Borussiya"sı "Paderborn"u darmadağın edib (3:0). Dortmund "Borussiya"sı (9 xal) turnir cədvəlində ikinci yerdə gedir.
Qeyd edək ki, oktyabrın 20-də Azərbaycanın "Sabah" klubu Çempionlar Liqasının üçüncü turu çərçivəsində "Borussiya"nı qəbul edəcək.
Bundesliqanın digər bugünkü matçlarında "Auqsburq" və "Bayer" məhsuldar heç-heçə ediblər - 2:2, "Mayns" evdə "Ayntraxt"a uduzub - 1:3, "Hoffenhaym" isə öz meydanında "Ştutqart"ı məğlub edib - 2:1.
