“Tottenhem” Premyer Liqada antirekorda imza atıb

12 Sentyabr 2026 23:43
77
“Tottenhem” Premyer Liqada antirekorda imza atıb

“Tottenhem” İngiltərə Premyer Liqasının (APL) ilk dörd turunda qol vura bilməyib.

İdman.Biz xəbər verir ki, London təmsilçisi APL-in dördüncü turunda səfərdə “Everton”la 0:0 hesablı heç-heçə edib.

Bununla da “Tottenhem” mövsümün əvvəlindən liqada keçirdiyi ardıcıl dörd oyunda qol vura bilməyib.

“Squawka” statistika servisinin məlumatına görə, bu, London klubunun tarixində ən pis nəticədir.

Bundan əvvəl “Tottenhem” “Brentford”a 0:3, “Nyukasl”a 0:2 hesabı ilə uduzub, “Nottingem”lə isə 0:0 hesablı heç-heçə edib.

Dörd turdan sonra Roberto De Zerbinin komandası iki xalla APL-in turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.

İdman.Biz