Fransa Liqa 1-in dördüncü turunda “Monako” səfərdə “Strasbur”la heç-heçə edib.
İdman.Biz xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Qonaqların heyətində Paris Brunner fərqlənib. “Monako”nun müdafiəçisi Sadibu Sane isə avtoqola imza atıb.
Bu nəticə ilə “Monako” mövsümün əvvəlində qazandığı üç oyunluq qələbə seriyasını dayandırıb. Buna baxmayaraq, komanda turnir cədvəlində liderliyə yüksəlib.
