“Trabzonspor” səfərdə uduzdu, “Göztəpə” yenə xal itirdi - YENİLƏNİB + VİDEO

12 Sentyabr 2026 23:24
776
“Trabzonspor” səfərdə uduzdu, “Göztəpə” yenə xal itirdi

Türkiyə Super Liqasının beşinci turunda Konyaspor” və “Trabzonspor” komandalarının qarşılaşması meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçın taleyini ikinci dəqiqədə vurulan Tothun qolu həll edib. Bu qələbə meydan sahiblərinə mövsümdə ilk xalları qazandırıb.

Digər görüşdə “Göztəpə” “Alanyaspor”u qəbul edib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. 28-ci dəqiqədə Norberto “Alanyaspor”u önə keçirib. İkinci hissədə Fernandes hesabı bərabərləşdirib. 73-cü dəqiqədə Juan penaltidən qonaqları yenidən önə çıxarıb. İki dəqiqə sonra Makouta “Göztəpə”yə 2:2 hesablı heç-heçə qazandırıb.

Bu nəticələrdən sonra “Trabzonspor” yeddi xalla turnir cədvəlinin 6-cı pilləsində, “Alanyaspor” 8 xalla 5-ci, “Göztəpə” iki xalla 18-ci, “Konyaspor” isə 3 xalla 16-cı pillədə qərarlaşıb.

Türkiyə Super Liqasının beşinci turunda iki qarşılaşma baş tutub.

21:18

İdman.Biz xəbər verir ki, “Çorum” səfərdə “Samsunspor”u 5:1 hesabı ilə məğlub edib.

Qonaqların heyətində Cengiz Ünder dubl edib. Jesus Ramirez də iki dəfə fərqlənib. “Çorum FK”nın digər qolunu Aleksandros Kiziridis vurub. “Samsunspor”un yeganə qolunun müəllifi isə Logi Tomasson olub.

Digər matçda “Rizespor” səfərdə “Eyüpspor”u 2:0 hesabı ilə məğlub edib.

Bu nəticədən sonra “Rizespor” 9 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. “Çorum FK” isə 7 xalla yeddinci sıraya yüksəlib. “Samsunspor” 4 xalla 14-cü, “Eyüpspor” isə 3 xalla 17-cidir.

İdman.Biz