“Mançester Siti”nin idman direktoru Omar Berrad “Mançester Yunayted”də işləyəcək.
İdman.biz xəbər verir ki, o, həm də klubun direktorlar şurasında fəaliyyət göstərəcək.
Berradın “Mançester Siti”dən əks düşərgəyə keçməsində “qırmızı şeytanlar”ın yeni sahibi Cim Retkliffin rolu qeyd edilir. Onun başçılıq etdiyi “İneos” şirkəti danışıqların uğurlu başa çatmasında əsas pay sahibi olub. “Şəhərlilər”in maliyyə qalmaqallarında günahlandırılması Berradın qərarına təsir göstərdiyi bildirilib.
Qeyd edək ki, Omar əvvəllər “Barselona”da da fəaliyyət göstərib. Onun keçidi ilə “Mançester Yunayted” yenidən əvvəlki günləri geri qaytarmağı hədəfləyib.
İdman.biz