Modriç Səudiyyə Ərəbistanı klubuna doğru

Xəbərlər
20 Yanvar 2024 13:37
374
Modriç Səudiyyə Ərəbistanı klubuna doğru

Madrid "Real"ının yarımmüdafiəçisi Luka Modriç cari mövsümün sonunda İspaniya klubunu tərk edəcək.

İdman.biz xəbər verir ki, bu barədə İspaniyanın "Relevo" nəşri məlumat yayıb.

Bildirilib ki, xorvatiyalı futbolçu ilə 2024-cü ilin yayında başa çatacaq müqavilə uzadılmayacaq və onun karyerasını Səudiyyə Ərəbistanı klublarından birində davam etdirəcəyi gözlənilir.

Qeyd edək ki, Modriç 2012-ci ildən "Real"da oynayır.

İdman.biz

Məqalədə: