Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

3 Oktyabr 2026 01:55
79
Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

Fransa millisi Zinəddin Zidanın baş məşqçi təyin olunmasından sonra ilk dəfə qapısında qol görüb.

İdman.Biz xəbər verir ki, bu, UEFA Millətlər Liqasının üçüncü turunda İtaliya ilə keçirilən matçda baş verib.

Maykl Olise 55-ci dəqiqədə meydan sahiblərini önə keçirib. Alessandro Bastoni isə 68-ci dəqiqədə hesabı bərabərləşdirib - 1:1.

Bundan əvvəl Fransa Zidanın rəhbərliyi altında iki oyun keçirib və hər iki görüşdə 1:0 hesabı ilə qələbə qazanıb.

Beləliklə, Fransa millisinin Zidanın rəhbərliyi altında qapısında qol görmədiyi seriya oyuna əlavə olunmuş dəqiqələr nəzərə alınmadan 247 dəqiqə davam edib.

İdman.Biz