Edin Ceko Bosniya və Herseqovina millisində son oyununu keçirib.
İdman.Biz xəbər verir ki, 40 yaşlı hücumçu UEFA Millətlər Liqasında İsveçlə 1:1 hesablı heç-heçə başa çatan matçda əvəzləndikdən sonra komanda yoldaşları tərəfindən fəxri dəhlizlə yola salınıb.
Sarayevoda onun şərəfinə üzərində “Təşəkkür edirik, Almaz!” yazılmış nəhəng forma da asılıb.
Ceko Bosniya və Herseqovina millisində debütünü 2007-ci il iyunun 2-də Avro-2008-in seçmə mərhələsində Türkiyəyə qarşı keçirib. 3:2 hesablı qələbə ilə başa çatan həmin oyunda hücumçu qol da vurub.
Ümumilikdə Ceko milli komandada 152 matç keçirib, 73 qol vurub və 31 məhsuldar ötürmə edib. O, yığmada ən çox oyun keçirən və ən çox qol vuran futbolçudur.
