Hücumçu Qonsalo Qarsiya "Real Madrid"dən "Fulhem"ə keçib.
İdman.Biz bildirir ki, onun müqaviləsi 2031-ci ilə qədərdir və bir illik uzadılma imkanı var. Transfer haqqı açıqlanmayıb.
"Burada olduğum üçün çox minnətdaram və çox xoşbəxtəm. Mənə göstərdikləri etimada görə idarə heyətinə və baş məşqçi Arbeloaya təşəkkür etməliyəm və oynamağa başladığım üçün çox, çox xoşbəxtəm", - Qarsiya "Fulhem"in rəsmi saytında bildirib.
Qonsalo Qarsiya "Real Madrid"in gənclər sisteminin yetirməsidir. 2025/2026 mövsümündə hücumçu Madridin böyüklər komandasında bütün yarışlarda 39 oyun keçirib, səkkiz qol vurub və üç məhsuldar ötürmə edib. Qonsalo Qarsiya əvvəllər "Real Madrid Kastiyla" gənclər komandasında oynayıb və 2024/2025 mövsümündə 73 oyunda 30 qol vurub.
