Kamerunlu Nqamalyo Murad Məmmədovun komanda yoldaşı oldu

4 Avqust 2026 01:14
103
Kamerunlu Nqamalyo Murad Məmmədovun komanda yoldaşı oldu

Kiprin “Pafos” futbol klubu Kamerun millisinin hücumçusu Mumi Nqamalyo ilə müqavilə imzaladığını elan edib.

İdman.Biz bildirir ki, klubun mətbuat xidməti transferi rəsmi olaraq açıqlayıb. 32 yaşlı futbolçu 2028-ci ilin yayına qədər iki illik müqavilə imzalayıb.

“Pafos” Futbol Klubunda hər kəs Nikolas Mumi Ngamalyonu səmimi qəlbdən salamlayır və ona uğurlar arzulayır. “Pafos”a xoş gəlmisən, Mumi!”, - Pafos mətbuat xidməti komandanın rəsmi saytında bildirib.

Nqamalyo ötən mövsüm Moskva "Dinamo"sunda Rusiya çempionatında 21 oyunda dörd qol vurub və iki məhsuldar ötürmə edib. Kamerunlu futbolçu iyulun 1-dən azad agentdir.

Nqamalyo “Pafos”da Azərbaycan futbolunun nümayəndəsi Murad Məmmədovla birlikdə çıxış edəcək. “Neftçi”nin yetirməsi olan 20 yaşlı cinah hücumçusu Kipr klubu ilə 2030-cu ilin yayınadək müqavilə imzalayıb.

İdman.Biz