Portuqaliyalı hücumçu Kriştianu Ronaldu əzəli rəqibi Lionel Messini Corcina Rodrigeslə toyuna dəvət edib.
İdman.Biz-in məlumatına görə, jurnalist Eseqbona Luis bu barədə məlumat verib.
Mənbənin məlumatına görə, braziliyalı hücumçu Neymar və portuqaliyalı futbolçu ilə uzun müddətdir dost olan keçmiş UFC çempionu Həbib Nurməhəmmədov da mərasimə dəvət alıblar.
The Sun qəzetinin məlumatına görə, toy 8 avqust şənbə günü Ronaldunun doğma adası olan Madeyrada baş tutacaq.
Mərasim Funşal Katedralında keçiriləcək və bundan sonra qonaqlar beşulduzlu otelə yola düşəcəklər. Nəşrin məlumatına görə, qonaqlara artıq otelin iki mərtəbəsinin, eləcə də bir neçə barın cümə və şənbə günləri tədbir səbəbindən bağlı olacağı barədə xəbərdarlıq edilib.
Ronaldo və Rodriges 2016-cı ildə tanış olublar. Cütlük beş uşaq böyüdür, onlardan ikisi onların birgə övladıdır.
