"Kristal Palas" "Çelsi"nin müdafiəçisi Aksel Disasi ilə müqavilə imzalamağı planlaşdırır.
İdman.Biz bu barədə jurnalist Fabris Hokinsə istinadən məlumat verir.
Daha əvvəl "Palas"da oynamış Maksens Lakrua "göylər"ə qoşulub. "Kristal Palas" inanır ki, Disasi Lakruanın potensial əvəzedicisi ola bilər. A Seriyası klubları da vəziyyəti izləyir.
Aksel Disasi əvvəllər "Paris", "Reyms" və "Monako"da oynayıb və 2023-cü ildən "Çelsi"də oynayır. O, əvvəllər "Aston Villa"ya icarəyə verilib və ötən mövsümün ikinci yarısını da icarə əsasında "Vest Hem Yunayted"də keçirib.
Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 15 milyon avrodur. Müdafiəçi ötən mövsüm 20 matçda bir qol vurub.
