“Barselona” İspaniya millisinin yarımmüdafiəçisi Rodrinin “Mançester Siti”dən “Real Madrid”ə potensial transferini yaxından izləyir.
İdman.Biz bu barədə “Cadena Ser”ə istinadən məlumat verir.
“Blaugrana”nın ispaniyalı futbolçuya olan marağının səbəbi Frenki de Yonqun zədəsi ilə bağlı olduğu bildirilir. Kataloniyalılar Rodri ilə müqavilə imzalamaq imkanlarını araşdırır və oyunçu onlara qoşulmaq istəsə və maliyyə şərtləri razılaşmaya imkan verərsə, hərəkətə keçmək niyyətindədirlər.
Ötən mövsüm Rodri bütün yarışlarda 33 oyunda meydana çıxıb və iki qol vurub. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 50 milyon avrodur.
