Futbolçu Cordan Henderson “Çelsi”yə keçib.
İdman.Biz bildirir ki, London klubu 36 yaşlı yarımmüdafiəçinin pulsuz transfer olduğunu açıqlayıb. Tərəflər iki illik müqavilə imzalayıblar.
Hendersonun son klubu “Brentford” olub və o, orada bir mövsüm oynayıb.
Təcrübəli futbolçunun “Brentford”la müqaviləsinin müddətinin bitməsinə bir il qalırdı. Henderson 2025-ci ildə “Ayaks”dan ayrıldıqdan sonra İngiltərə komandasına keçib.
