İngiltərə Futbol Assosiasiyası İnfantinoya dəstəkdən imtina edib

3 Avqust 2026 18:16
108
İngiltərə Futbol Assosiasiyası İnfantinoya dəstəkdən imtina edib

Uels Futbol Assosiasiyasından sonra İngiltərə Futbol Assosiasiyası da Canni İnfantinoya verdiyi dəstəyi geri götürmək niyyətindədir.

İdman.Biz xəbər verir ki, bu barədə “BBC Sport” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, İngiltərə Futbol Assosiasiyası FIFA prezidenti Canni İnfantinoya rəsmi məktub hazırlayır. Məktubda təşkilat rəhbərinin növbəti seçkilərdə namizədliyinə verilən dəstəyin geri götürüldüyü bildiriləcək.

Qeyd olunur ki, bu qərar İnfantinonun FIFA turnirlərinin kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması layihəsindən imtina etməsinin yaratdığı nəticələrlə əlaqədardır.

Bundan əvvəl Uels Futbol Assosiasiyası da analoji addım ataraq FIFA-nın hazırkı prezidentinə etimadını itirdiyini açıqlamışdı.

Xatırladaq ki, daha əvvəl UEFA prezidenti Aleksander Çeferin də İnfantinonu dəstəkləyən milli assosiasiyalara müraciət edərək, FIFA prezidentinin növbəti seçkiləri ərəfəsində dəstək məktublarını geri götürməyə çağırmışdı.

İdman.Biz