“Qarabağ”ın Konfrans Liqasında potensial rəqibi müəyyənləşib

3 Avqust 2026 16:24
123
“Qarabağ”ın Konfrans Liqasında potensial rəqibi müəyyənləşib

“Qarabağ”ın UEFA Konfrans Liqasının təsnifat mərhələsinin pley-off-undaki potensial rəqibi müəyyənləşib.

İdman.Biz xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.

Ağdam təmsilçisi III təsnifat mərhələsində Ukraynanın “Dinamo” (Kiyev) klubunu mübarizədən kənarlaşdıracağı halda pley-offda “Tvente” (Niderland) - DAK 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Konfrans Liqasının pley-off mərhələsində ilk oyunlar avqustun 20-də, cavab görüşləri isə 27-də keçiriləcək.

İdman.Biz